Bakının Səbail rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü K.Şükürova naməlum səbəblərə görə ülgüclə qollarını kəsərək intihar etmək istəyib. O, xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.