Bakı ətrafında vəhşi atların yaşaması inanılmaz bir mənzərə idi. Təəssüf ki, vəhşi atlar ani olaraq peyda olduqları kimi, eyni sürətlə də bizdən uzaqlaşdı.
Unikal.org sputnik.az-a istinadən bildirir ki, bundan əlavə, dünyada keyfiyyətinə və unikallığına görə fərqlənən palçıq vulkanlarının çoxu da məhz bizim ölkədədir. Belə ki, dünya palçıq vulkanlarının 45 faizindən çoxu ölkəmizdə, xüsusən də Abşeronda qeydə alınıb.
Bu ilin fevralında Bakıdan, təxminəm 60 kilometr aralıdakı Səngəçal qəsəbəsi ilə Qobustan arasında yerləşən "Otman bozdağ" vulkanının 50 illik "yuxudan" sonra püskürməsi (bu vulkanda sonuncu püskürmə 1965-ci ildə qeydə alınıb - red.) palçıq vulkanları mövzusunu gündəmə gətirib. Mövzunun marağa səbəb olmasını nəzərə alan Sputnik Azərbaycan-ın əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi ilə Abşeron Palçıq Vulkanları Qoruğunda olub və qoruğun direktoru Ceyhun Paşayevin müşayiəti ilə bir neçə palçıq vulkanına baş çəkiblər.
115 il öncə... Öncəliklə qeyd edək ki, palçıq vulkanları yaşayış zonalarından xeyli aralıda yerləşir. Bu ərazilərin əksəriyyəti xüsusi olaraq qorunur və insanların həmin əraziyə icazəsiz daxil olması qəti qadağandır. Palçıq vulkanlarının yerləşdiyi əraziyə icazəsiz daxil olanlar isə böyük məbləğdə cərimələnirlər. Bu cərimə fiziki şəxslər üçün 400-600 manat, vəzifəli şəxslər üçün isə 2000-4000 manat məbləğindədir.
Abşeron Palçıq Vulkanları Qoruğunun direktoru Ceyhun Paşayev əraziyə insanların buraxılmaması və cərimələrin tətbiq edilməsinə toxunaraq bildirib ki, vulkanların əksəriyyəti fəaliyyətdə olan vulkanlardır: "Qadağaların bir neçə əsas səbəbi var. Birincisi, palçıq vulkanları ərazisinin insanlar tərəfindən çirkləndirilməsinin, ikincisi, palçıq vulkanından axmış palçığın əhali tərəfindən daşınmasının qarşısını almaq üçün qadağa tətbiq olunub. Nəhayət, əsas səbəb vulkanların hər an püskürmə təhlükəsi ilə bağlıdır".
Söhbət zamanı qoruğun müdirindən indiyə kimi hansısa bədbəxt hadisənin qeydə alınıb-alınmadığını soruşduq. C. Paşayev bildirdi ki, belə bir hadisə baş verib: "1902-ci ildə palçıq vulkanının püskürməsi zamani altı çoban həyatını itirib və iki min qoyun məhv olub. Çünki palçıq vulkanlarının nə zaman püskürəcəyi öncədən məlum olmur. Ona görə də, bu ərazilərdə gəzmək və yaşamaq çox təhlükəlidir".
Vəhşi atların əhatəsində Ceyhun Paşayev bizə ən gözəl vulkanlardan birini göstərəcəyini demişdi. Direktor bizi insan ayağının çox az-az dəydiyi yollarla "Diləngəz" vulkanına aparırdı. Vulkana tərəf getdiyimiz zaman maraqlı hadisələrlə qarşılaşdıq.
"Diləngəz" vulkanı
Əvvəla qeyd edək ki, şəhərin mərkəzindən kənarda, çöllükdə böyük qoyun sürüsünün otlaması, ətrafda dolaşan qoyun itlərinin sürünü qoruması bizim üçün maraqlı mənzərə idi. Qoyun itlərinin maşınımıza hücumu isə bizi hətta qorxutdu da.
Təhlükədən yenicə uzaqlaşmışdıq ki, bu dəfə başqa bir gözlənilməz mənzərə ilə qarşılaşdıq. Nə qədər qəribə olsa da, bu dəfə vəhşi atlarla üzləşdik. Bakı ətrafında vəhşi atların yaşaması inana bilməyəcəyimiz bir mənzərə idi. Amma təəssüf ki, vəhşi atlar ani olaraq peyda olduqları kimi, eyni sürətlə də bizdən uzaqlaşdı.
Daha sonra nahamar yollarla "Diləngəz" adlı vulkan olan əraziyə çatdıq. Bu vulkanın gözəlliyinə valeh olmamaq mümkün deyildi. Diləngəz çox böyük ərazini əhatə edir. Direktor qurumuş palçıq qalıqlarını göstərərək, bu vulkanın çox qədim olduğunu bildirdi. Maşından düşüb vulkana doğru getməyə başladıq. Qurumuş palçıq üzərində canavar, tülkü, qaban kimi vəhşi heyvanların çoxsaylı ayaq izlərini görmək mümkün idi. Az sonra uzaqdan bir tülkünün keçməsi vəhşi heyvanların bu ərazinin daimi sakinləri olması ehtimalımızı təsdiqləmklə yanaşı, mənzərəyə xüsusi rəng qatdı.
Ani diqqətsizlik faciəyə səbəb ola bilər C. Paşayev öncədən bizi məlumatlandırmışdı ki, atdığımız addımlara diqqət edək. Belə ərazilərdə hərəkət etmək çox qorxuludur. Yer yumşaq olduğundan, hər an palçığa batmaq təhlükəsi yaranır. Bu təhlükəni öz üzərimizdə də hiss etdik. Bir az sonra ani diqqətsizlik səbəbindən vulkana yaxın ərazidə ayağımın yumşaq palçıq ərazisinə düşməsi ilə batmağa başladım. Əməkdaşların köməyi ilə palçıqdan çıxsam da, ayağımı təmizləyə-təmizləyə daha diqqətli olacağıma söz verdim.
Direktor bizə "Diləngəz" vulkanı haqqında geniş məlumat verdi. Onun sözlərinə görə, "DilÓ™ngÓ™z" ƏlÓ™t dÓ™miryol stansiyasından 4.5 km şimal-qÓ™rbdÓ™ yerlÓ™şir vÓ™ mütlÓ™q nişanı 216 metr olan, cÓ™nub yamacı dik vÓ™ qısa qobularla çox kÓ™silmiş oval yüksÓ™klikdÓ™n ibarÓ™tdir. Daşgil qırışığının qÓ™rb periklinal hissÓ™sinÓ™ aiddir vÓ™ eninÓ™ pozulma ilÓ™ Ó™laqÓ™dardır. Brekçiyanın sahÓ™si 350 hektarı əhatə edir. "DilÓ™ngÓ™z" vulkanında 1902, 1912, 1951-ci illərdə üç püskürmə qeydə alınıb. Hələ də fəaliyyətdə olan vulkandır.
Təhlükəyə baxmayaraq, vulkanın lap yaxınlığına kimi getmək qərarına gəldik və palçıq vulkanın fəaliyyətinin canlı şahidi olduq. Onun ətrafında yaş palçıq axınının olması ara-sıra kiçik partlamalar olduğunu sübut edirdi. Ətrafda kəskin kükürd iyi vardı. Külək bu kükürd iyini 200 metr məsafəyə qədər yayır. Uzaqdan bu iyi hiss etməklə yaxınlıqda palçıq vulkanının olduğunu ayırd etmək mümkündür.
"Qələndəraxtarma", "Kiçik kənizdağ" və "Torağay" Baş çəkdiyimiz növbəti zirvə "Qələndəraxtarma" vulkanı oldu. Bu vulkanın da özünəməxsus gözəlliyi var. Ərtafında çıxan suyun qəhvəyi olması vulkan palçığı ərazisində neftin də olduğunu göstərirdi.
Qoruq direktoru söhbət zamanı qeyd etdi ki, palçıq vulkanlarının çoxluğu bu ərazilərdə neftin çox olmasını göstərir. Maraqlı faktlardan biri də o idi ki, vulkanın ərazisində qrifon və salzalara (palçıq vulkanının yaratdığı skulptur formaları - red.) rast gəldik. Həmin qrifon və salzalardan davamlı olaraq qaz qabarcıqları çıxırdı. Hətta alışqanı yandıraraq kiçik ölçülü salzaya yaxınlaşdırdıqda, xaric olan metan qazı qısa müddətli alışırdı.
Təəssüf ki, bütün vulkanları gəzməyimiz mümkün olmadı. Onların hamısını gəzmək üçün ən azı bir neçə gün ərazidə qalmağımız lazım gələcəkdi. Biz ancaq yol boyu "Kiçik kənizdağ", "Torağay" və bir neçə digər vulkanı uzaqdan müşahidə etdik...