Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

"Mercedes və "VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-ın sürücüsü, Aşağı Öysüzlü kənd sakini 1958-ci il təvəllüdlü Arif Həsənov və onun həyat yoldaşı, sərnişin, 1961-ci il təvəllüdlü Səidə Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. 
Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.