Bərdə rayonu, Soğanverdilər kəndində yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bərdə rayonu, Soğanverdilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 m2 olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik ümumi sahəsi 18 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.