Bakıda qonşular arasında əlbəyaxa dava düşüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, "Mehriban qonşular" küçəsində qeydə alınıb.
Belə ki, iki qonşu qadın arasında əlbəyaxa dava düşüb. Nəticədə 1971-ci il təvəllüdlü Mirzəyeva Alidə Fərəməz qızı qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
A.Mirzəyeva polisə izahatında bildirib ki, kanalzasiya xəttinin onların həyətyanı sahəsinə axıdılması səbəbindən mübahisə baş verib, mübahisə sonda əlbəyaxa davaya çevrilib.
Faktla bağlı araşdırma aparılır.