Narkotik vasitə ilə tutulan Zamiq Quliyevin digər cinayət əməlləri də müəyyən edilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, narkotik vasitə ilə tutulan Zamiq Quliyevin ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun aprelin 13-dən 15-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən ümumilikdə 50 manat pul, 3 mobil telefon və ehtiyat təkər oğurladığı da müəyyən edilib.