Cəlilabadda oğurluqda şübhəli bilinən şəxs yaxalanıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-nə keçən gecə şəhər ərazisindəki evlərdən birinin qapısını sındırmaq yolu ilə oradan 10 ədəd xalça, 2 məişət cihazı, 1 noutbuk, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Toğrul Bayramov tutulub.
Araşdırma aparılır.