Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında ölüm faktı qeydə alınıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, oğurluqda təqsirləndirilərək saxlanılan 1988-ci il təvəllüdlü Bayramov Samir İlyas oğlu təcridxanada özünü mələfə ilə asaraq intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.