İmişlidə toyu olan gəlin toy gecəsi evdən qaçıb.

Unikal.org avropa.info-ya istinadən xəbər verir ki, aprelin 15-də İmişli şəhəri "Kral" şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir :red) toydan sonra evdən qaçıb.

Gəlinin sevdiyi oğlanla bərabər qaçdığı bildirilir. Hadisədən sonra qızın atası İmişli Rayon Polis Şöbəsinə qızın evdən qaçması ilə bağlı yazılı şikayət ərizəsi verib. Hal-hazırda toyu günü evdən qaçan gəlinin yerinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktı İmişli polisi də təsdiqləyib.