"Müsavat başqanın müavini Tofiq Yaqubluya son günlər mətbuata verdiyi açıqlamalarına görə partiya rəhbərliyi tərəfindən xəbərdarlıq edilib. Onu səsləndirdiyi fikirlərə görə qınayıblar".


Bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini, Müsavatdan istefa verən Ellada Məmmədli deyib.

Onun sözlərinə görə, partiyadan gedənlərə qarşı sülh çağırışı edən T.Yaqublu Müsavat başqanı Arif Hacılının sərt mövqeyi ilə qarşılaşıb: "Tofiq Yaqublunun Müsavatdan gedənlərlə bağlı təklifindən xəbərdarıq. Hesab edirəm ki, bu məsələnin üzərindən sakitcə keçmək olardı. Çünki, Müsavat Divanının son toplantısında Tofiq bəyin AXCP və Müsavatdan ayrılanlarla münasibətlərin normallaşdırılmasına dair çağırışı müzakirə olunub. Divanda onun çağırışı sərt tənqid olunub və o, bu hərəkətinə görə qınaq obyektinə çevrilib". 

Qeyd edək ki, T.Yaqublu mətbuata açıqlamasında təklifinin Müsavat rəhbərliyi tərəfindən müsbət qarşılanmadığını etiraf edib. O Müsavatda bundan sonrakı fəaliyyəti ilə bağlı suala da bədbin notda cavab verib.