Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü qismən və 1 ədəd qapı yanıb.

 
Unikal.org-un FNH-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.