Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Lənkəran şəhər sakini, kimliyi məlum olmayan qadın yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.
Qadın Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.