Azərbaycanda 780 min manata "zerkalnı" – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü mobil telefon nömrəsi satılır.
Unikal.org xəbər verir ki, bununla bağlı elan Tap.az saytında yerləşdirilib.
Sənan Qəribov adlı istifadəçi elanda qeyd edib ki, 050-500-00-21 mobil telefon nömrəsini 780 666 manata manata satır. O bildirib ki, bu, son qiymətdir.
Qeyd edək ki, "zerkalnı" mobil telefon nömrələri daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.