Bakıda silahlı insident olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Səbail rayon Polis İdarəsindənməlumat verilib. 

Bildirilib ki,  hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər - 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

***
13:58
Dünən Bakının Səbail rayonu ərazisində - Salyan şosesi 22 ünvanının qarşısında baş vermiş güllələnmə hadisəsi ilə bağlı 2 nəfər saxlanılıb. Lent.az xəbər verir ki, 17 yaşlı Firuddin İsmayılov və 31 yaşlı Ələddin Bağırovun güllə yarası alması ilə nəticələnən hadisədə iştirak etmiş Soltan Turabov və Aqil Seyidəliyev saxlanılıb. Hadisədə iştirak etmiş Elgün və İbrahim adlı şəxslərin də saxlanması istiqamətində iş aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, güllələnən şəxslərin həyatına təhlükə qalmayıb. Onların hər ikisi ayağından yaralanıb və diz nahiyələrinə qırmalar girib.