"Bu Şəhərdə kollektivinin son konserti zamanı Elza Seyidcahanın zalı tərk etməsi hər kəsin diqqətin cəlb etmişdi.
Unikal.org xəbər verir ki, Elzanın Coşqun və Rafaeldən küsdüyü də yazılmışdı. Onun küsməsinə səbəb isə konsertdə şeirlərinə lağ olunması idi. Məsələ ilə bağlı Coşqun Rəhimov metbuat.az-a danışıb:
"Necə deyərlər, küsənin qabağını saxlamazlar. Küsüb, indi nə edək? Ümumiyyətlə, Elza xanımın küsməsinin bizim işimizə heç bir təsiri yoxdur. Bundan əlavə, o, zalı tərk edibsə, ola bilər başqa işi olub. O, telefonuna gələn zəngi bizim konsertdən daha vacib hesab edibsə, buna biz qarışa bilmərik.