"5/5 verilişinin aparıcısı Zaur Kamal aparıcılığı etdiyi verilişində onun ünvanına söylənən tənqidlərə cavab verib.
Unikal.org xəbər verir ki, aparıcı ona "yekəxana" deyənlərə cavab verib:
"Efirdən hamı məni yekəxana, lovğa, dikbaş kimi tanıyır. Həyatda belə deyiləm. Həyatda məni görən, söhbət edən deyir ki, səninlə oturub saatlarla danışarıq. Bu, efirdə yaratdığım imicdir. Əslində utancaq biriyəm.
Z.Kamal heç vaxt efirə qrimlə çıxmadığını söyləyib:
"Efirə çıxanların çoxu üzünə qrim vurur. Rəhbərlik də hər zaman bunu mənə irad tutur. Deyir ki, belə səhvdir, efirdə qrim et. Qaşınıram, edə bilmirəm. Bəzi müğənnilər yaşlananda üzünü dartdırır. Allah uzaq eləsin.