Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır.
Unikal.org oxu.az-a istinadən bildirir ki, bu sözləri Birləşmiş Ştatlar prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi Sammitindən sonra keçirdiyi mətbuat konfransında ANS-in Vaşinqton bürosunun müxbiri Qənirə Ataşovanın Azərbaycanla bağlı sualını cavablandırarkən bəyan edib.
Obama sual ünvanlamaq üçün jurnalisti zalda oturanlar arasından özü seçib. İlk olaraq o, Q.Ataşovanın hansı ölkədən olması ilə maraqlanıb. Daha sonra isə sualını cavablandırıb.
"Azərbaycan digər bir çox ölkələr kimi vacib addımlar atıb. Hər bir ölkə öz milli tədbirlər planını irəli sürüb. Bəzi ölkələr var ki, onların yüksək həddə zənginləşdirilmiş uran ehtiyatı var. Onlar bu ehtiyatı məhv etməyə razıdırlar.
Bəzi ölkələrin mülki məqsədli nüvə zavodları olmasına baxmayaraq, bu zavodların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər təcrübəyə malik deyillər.
Onlar bu təcrübəni xaricdən mənimsəyiblər. Bəzi ölkələr isə nüvə materiallarının qaçaqmalçılığında tranzit rol oynaya bilər. Onlar bizimlə sərhədlərə nəzarət və qaçaqmalçıları müəyyən etməkdə əməkdaşlıq ediblər. Azərbaycan coğrafi mövqeyinə görə bu prosesdə vacib tərəfdaş rolunu oynayır", - deyə ABŞ Prezidenti Barak Obama bildirib.
Xatırladaq ki, 31 mart-1 aprel tarixlərində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda 52 dövlət və hökumət başçısının iştirak etdiyi 4-cü Beynəlxalq Nüvə Sammiti keçirilib.

Sammitdə, həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Beynəlxalq Polis Təşkilatı (INTERPOL) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndələri də iştirak ediblər.