Xəzər TV-də yayımlanan "5 də 5" verilişində maraqlı anlar yaşanıb.
Unikal.org xəbər verir ki, verilişin əvvəlində aparıcı Zaur Kamalla tamaşaçı arasında keçən dialoq hər kəsi güldürüb.
Zaur tamaşaçıları salamlayarkən izləyicilərdən birinə səslənib: "Rəna, nə olub kefin yoxdu? O gün yığıb məni, Zaur, dişim ağrıyır. Ay qız, mən sənin dişinə nə edim? Tamaşaçılar mənim nömrəmi hardan tapır bilmirəm də. Evli adamam, gecə mənə yığma".(big.az)