Tanınmış aparıcı Lamiyyə Ələkbərova sosial şəbəkədə mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı son vaxtlar yayılan xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, aparıcı paylaşdığı fotosuna belə bir şərh yazaraq mərhum xalq artistinin mahnısını oxuyanlara səslənib:
"Neçə gündür çox düşünürəm ki, necə yazım, nə deyim. Çox məyus olmuşam. "Koroleva", nələr baş verir? Bu günləri yaxşı ki, görmədin. Yoxsa, dözə bilməzdin. Bacaran, bacarmayan mahnılarını oxuyur. Heç bir zaman buna icazə verməzdin. Arxanca danışanlar danışır. Halbuki sənin qorxundan heç bir zaman danışa bilməzdilər. Sevdiyin əşyaların başqa-başqa məkanlardadır. Heç bilmirik haralardadır. Bu sənmisən, xalqın sevimlisi, nələr baş verir? Gözünü aç, bax gör nələr var... Ruhun şad olsun, məkanın cənnət. Allah hər kəsə insaf versin. Ürəyim doludur, amma yaza bilmirəm. Çünki əllərim əsir, dodağım titrəyir, heç kimin xətrinə dəymək istəmirəm. Amma diqqətli olun, sənətkarın sənətinə toxunmayın. Bacaran, bacarmayan, mahnılara dəyməyin. Sənətkarın ruhunu incitməyin. Həyatda hər şey bumeranqdır. Bir gün siz də hiss edəcəksiniz. Allah sənə rəhmət eləsin sənətkar".
Qeyd edək ki, bir neçə gün əvvəl İ.Quliyevanın kürkünün oğulluğu Orxan Nadirov tərəfindən lombardlardan birinə qoyulub, qarşılığında pul götürüldüyü ortaya çıxıb.