"Ötən axşam və bu gün səhər cəbhədə gərgin vəziyyətin yaradılması Azərbaycanın heç cür maraqlarında deyil və bu birbaşa Ermənistanın təxribatıdır".
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl Bakıda Avropa İttifaqının vitse-prezidentləri və 12 naziri ilə Azərbaycanın enerji layihələrinin imzalanması ilə bağlı görüşlərin görüntüləri Ermənistanda ciddi narahatlıqlar yaranıb: "Bununla yanaşı, Azərbaycan prezidentinin daxili siyasət, vətəndaş cəmiyyəti ilə bağlı atdığı addımlar, fərmanlar, gördüyü işlər, ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycanın xüsusi yer tutması, həm ABŞ rəhbərliyi ilə, həm də ən aparıcı biznes strukturları ilə danışıqların aparılması, onların dilindən birbaşa Azərbaycanın önəmli strateji, əhəmiyyət daşıyan ölkə kimi göstərilməsi, ümumiyyətlə, ölkəmizin regionda xüsusi nüfuza, çəkiyə sahib olması Ermənistanı narahat edib. Azərbaycanın bu cür söz sahibi olması Ermənistan ictimaiyyətinin öz ölkəsinin rəhbərliyindən olan narazılığını daha da artırıb. Bundan vahiməyə düşən ermənilər provokasiyalar törətməyə və əsas diqqəti iqtisadi inkişafdan hərbi münaqişəyə çevirməyə cəhd edirlər. Aydındır ki, investorlar vəziyyət qeyri-sabit olanda regiona gəlməyə o qədər də maraqlı deyillər. Baxmayaraq ki, dünyada iqtisadi böhrandır, amma biz investisiyaları ölkəmizə cəlb edirik. Baxmayaraq regionda qeyri-sabit vəziyyətdir, Azərbaycanda çox ciddi sabitlikdir, hamı hansısa layihələrdən imtina edir, Azərbaycan isə yeni layihələr gətirir. Bu səbəbdən cəbhə xəttində vəziyyətin pisləşməsi bizim marağımızda deyil, bunlarda maraqlı olan tərəf məhz Ermənistandır".
Millət vəkili bildirib ki, ermənilər atəş açıb, provokasiyalar törədərək beynəlxalq strukturlara, Rusiya KİV-nə, sosial şəbəkələrə kadrlar ötürülər: "Özləri partladıb, özləri kadrlar ötürürlər. Əslində isə tamamilə yalan və böhtan içərisində olan materiallardır. Biz bu nöqteyi-nəzərdən daha aktiv olmalıyıq. Hazırda biz bu materialları yığırıq. Onlar mərmilərlə, ağır silahlı texnikalarla atəş açıb bizim sakinləri öldürürlər, yaralayırlar. Bunlar toplanılıb Avropa Şurasına da təqdim olunmalıdır".
Politoloq Vüqar Zifəroğlu da cəbhədə baş verənin Azərbaycanın sön dövrlər dünyada artan mövqeyi ilə əlaqələndirib: "Bizim Müdafiə Nazirliyimizin açıqladığı kimi bu hadisələr Ermənistan tərəfinin növbəti təxribatıdır. Azərbaycan tərəfi sadəcə təxribatın qarşısını alır. Ermənilər həmişə olduğu kimi ABŞ-da görüşlərin keçirildiyi, Azərbaycanın haqlı mövqeyinin müdafiə edildiyi zaman bu cür təxribatlara əl atırlar".
Politoloq vurğulayıb ki, Azərbaycan prezidentinin Vaşinqtonda keçirdiyi son görüşlər, ABŞ rəsmilərinin bu görüşlərdə Dağlıq Qarabağla bağlı qəti mövqeyi Ermənistanın hazırkı rəhbərliyinin bu cür təxribatlar törətməsinə səbəb olub: " Eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənir. Azərbaycan hər zaman Dağlıq Qarabağ məsələsini özünün xarici siyasətinin prioriteti elan edib. Bu məsələ həmişə müzakirə predmetidir. Ermənilər də bu görüşlərdə destruktiv mövqe sərgiləmək üçün bu cür təxribatlara əl atırlar. Amma ermənilər heç nəyə nail ola bilməyəcək. Ordumuz tərəfdən cavab tədbirləri müvəffəqiyyətlə görülməkdədir. Ermənilər sadəcə birinci addıma atıb, sonra da dünya ictimaiyyətini yalandan hay -küylə cəlb etməkdə peşəkardırlar və həmişə bu metoddan istifadə ediblər. Lakin onların nəyəsə nail olacaqlarına artıq inanmıram".
Politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycan prezidentinin Nüvə Təhlükəsizlik Sammitində iştirakı, Amerikanın yüksək çinli rəsmiləri ilə görüşü, bu görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın da təcavüzkar dövlət olması ilə bağlı verilən bəyanatların bu məsələdə detonator rolunu oynayıb: " Rusiya prezidenti də hər iki tərəfə müraciət etdi, amma ermənilər sözün həqiqi mənasında müharibə qayda-qanunlarını pozan hərəkətlərə yol verib. Ermənilər ağır texnikadan, "Qrad" tipli artilleriya qurğularından, bir sözlə, silahların əksər növlərindən istifadə etməklə Azərbaycanın döyüş bölgələrinə və daha çox mülki əhaliyə atəş açıblar. Məsələn, Tərtərə bir neçə "Qrad" mərmisi düşüb. Azərbaycan ordusu isə cavab zərbəsi endirməyə məcbur olub".
"APA Analitik Mərkəzinin" əməkdaşı, politoloq Vüqar Hüseynov da cəbhədə baş verənlərin Azərbaycan prezidentinin Vaşinqton səfəri ilə birbaşa bağlı olduğunu qeyd edir: "Azərbaycan prezidentinin Vaşinqton səfəri sözsüz ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də töhfə verəcək. İstər Co Baydenin, istərsə ölkənin xarici siyasət kursunun müəyyənləşməsində birbaşa və dolayı iştirak edən şəxslərin münaqişə ilə bağlı bəyanatları tam şəkildə Azərbaycanın maraqlarına cavab vermiş oldu. ABŞ vitse-prezidentinin "ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir" fikri Vaşinqton görüşlərinin ən mühüm nəticəsi hesab oluna bilər. ABŞ-ın münaqişənin nizamlanmasında tutduğu mövqenin əhəmiyyəti Vaşinqtonda Azərbaycan prezidenti tərəfindən də bir neçə dəfə xüsusi vurğulanıb. Lakin Co Baydenin verdiyi bəyanat bir fərqliliyi ilə diqqəti cəlb edir. Bu, bəyanatda yer alan "qətiyyətlə" sözüdür. Mövqenin bu şəkildə formulə olunması o deməkdir ki, münaqişənin beynəlxalq hüquq prinsiplərindən kənar üsul və formalarla həlli cəhdləri iflasa məhkumdur. Həll yolu formasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla həyata keçirilməlidir və dünyanın supergücü olan ABŞ bu prinsiplərə riayət olunmasında maraqlıdır. Bu bəyanatlar münaqişənin eskalasiyasına cəhdlərin də nəticə etibarilə uğursuzluqdan doğan addımlar olduğunu da ortaya qoyur".
V. Hüseynov vurğulayır ki, Ermənistanın zaman-zaman cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışması da münaqişənin nizamlanmasında xarici siyasi dəstəyin azalması gerçəkliyinə qarşı şərti refleksin işə düşməsindən başqa bir şey deyil.