Həkimlərin işi asanlaşdı

Mütəxəssislər 6 milyard qan hüceyrəsində xərçəng hüceyrələrini 2 saniyədə müəyyən edən mikroçip kəşf etdilər. Bu kəşf xərçəngdə ən əhəmiyyətli mərhələ olan erkən diaqnoza imkan verəcək.

Unikal.org xəbər verir ki, mütəxəssislər mövzu barədə ətraflı məlumat verdilər: "Biz laboratoriyada mikroçip inkişaf etdirdik. Əvvəlcə yalnız xərçəngə tutulmuş xəstənin qanından təcrid etdiyimiz xərçəng hüceyrələrinin növünü öyrənə bilirdik. İndi sağlam insanların da qanlarına baxaraq xərçəng hüceyrələrinin olub-olmadığını müəyyən edə bilirik. Milyardlarla qan hüceyrəsinin içində bəlkə bir dənə var. İndi bunu tapmaq mümkündür. Bu texnologiya xərçəngi diabet kimi xroniki xəstəliyə çevirəcək.

Araşdırma zamanı, biopsiya-‹ etmədən, qanda tapdığımız xərçəng hüceyrələrinin həm tipinə, həm də geninə baxıb mutasiya olub olmadığını anlayırıq.

Artıq ümimi sağlamlıq yoxlama analizlərinə xərçəng analizi də əlavə olunacaq."  (deyerler.org)