Aralıq dənizində Avropaya keçməyə cəhd edən 5 miqrantın meyiti tapılıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meyitlər Liviya sahillərində aşkarlanıb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 43 min miqrant və qaçqın gəlib. Bununla belə, 1089 nəfər Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirib.