Lixtenşteynin Vəliəhd Şahzadəsi Alois Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. Lixtenşteyn Knyazlığı və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı əsrin dörddə biri ərzində qarşılıqlı əlaqələrimizin inkişafı münasibətilə Sizə, Azərbaycan Respublikasına və xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında mübadilələr bir çox mühüm sahələrdə davamlı olaraq inkişaf etmişdir. Bu inkişaf Azərbaycanın xarici işlər nazirinin 2016-cı ildə Vaduts şəhərinə səfəri zamanı bir daha vurğulanmışdır.
Beynəlxalq hüququn başlıca prinsiplərinə möhkəm bağlı olan ikitərəfli əlaqələr Lixtenşteyn kimi balaca dövlətlər üçün çox vacibdir. Biz, həmçinin bütün dövlətlərə bərabər yanaşılmasına və beynəlxalq təşkilatların etibarlı hüquqi çərçivələrinə böyük önəm veririk. Bu gün üzləşdiyimiz qlobal çağırışlar fonunda bu prinsiplər, eləcə də gərginliyin azaldılması və münaqişələrin həlli üçün görülən işlər bizim ümumi səylərimizin uğurunun əsasını təşkil edir.
Mən əməkdaşlığımızın daha da dərinləşməsi üçün gələcək imkanları səbirsizliklə gözləyir, Sizə və dost ölkənizə yeni-yeni uğurlar arzulayıram.
Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".