Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim sülh və rifah diləyirəm".