Rusiyanın Perm vilayətində oyuncaq fabrikində güclü yanğın baş verib.

Unikal.org-un məlumatına görə, bu barədə Perm vilayəti Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, Krasnokamsk oyuncaq fabrikində yanğın gündüz saatlarında qəflətən baş verib.

Yanğından dərhal sonra fabrikdə təxliyə aparılıb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Yanğın fabrik binasının 300 kvadrat metrini əhatə edib, yanğınını vurduğu ziyan dəqiqləşdirilir.

Yanğının baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşırma aparılır.