Çinin mərkəzində keçirilən toy mərasimində bəyin toya dəvət etdiyi 200 nəfərin ailəsi və dostları deyil, əslində muzdla tutulan insanların olduğu ortaya çıxıb və nəticədə bəy həbs olunub.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, Şaansi bölgəsindəki yerli mətbuatın yazdığına görə hadisəni gəlinin ailəsi fərq edib.Liu ailəsi bəyin dəvətliləri ilə danışan zaman hər kəsin "sadacə dostuq" deməsi və bəylə necə tanış olduqlarını danışmaması onları şübhəyə salıb.
Mərasim başladıqda bəyin ailəsinin hələ də ortalıqda olmadığını görən Liu ailəsi bəyin yalan söylədiyini anlayıb. Yerli Şansi televiziya kanalına açıqlama verən "qonaqlar" Vanq adlı bəyin onlardan 80 yuan qarşılığında onun ailəsi və dostları kimi davranmağı istədiyini danışıblar.
Dəvətlilərdən bəzisi universitet tələbəsi və taksi sürücüsü olduğunu söyləyərkən digər bir qonaq WeChat adlı proqram üzərindən bəylə apardığı qiymət sövdələşməsinin yazışmalarını göstərib.
Bəylə gəlinin 3 ildir bir yerdə olduğu bildirilir. Lakin cütlüyün tamamən fərqli dost qruplarına sahib olması hər şeyin yolunda olması təəssüratını yaradıb.Bundan başqa bəyin niye belə hərəkət etdiyi və hansı qanunları pozduğu məlum deyil. Bəzi xəbərlər gəlinin ailəsinin bəyin ailəsinin kasıb olduğu üçün toyla razı olmadıqlarını və bəyin ailəsini utandırmamaq üçün onları toya dəvət etmədiklərini yazır.
Bununla belə bağlı polisin istintaqa başladığı söylənilir.Toyda baş verən hadisələrin arxasında dayanan səbəbləri öyrənmək istəyən sosial şəbəkə istifadəçiləri hadisə ilə bağlı müxtəlif ssenarilər "yazırlar".