Mali prezidenti İbrahim Boubacar Keita Azərbaycana gələcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, dövlət başçısı Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.
Qeyd edək ki, mayın 4-dən 6-dək YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Xatırladırıq ki, forumda Bolqarıstanın vitse-prezidenti İlyana Yotova, YUNESKO-nun baş direktoru İrina Bokova, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin, QDİƏT-in Baş katibi Maykl Kristides, İRSİKA-nın Baş direktoru Halit Eren, Ərəb Maqreb Birliyinin Baş katibi Tayeb Bakkos, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Malinin birinci xanımı Madame Keita Aminata Maiga, Efiopiya Federativ Demokratik Respublikasının birinci xanımı Roman Tesfaye və Ruanda Respublikasının birinci xanımı, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avci, Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinsky, Gürcüstan Respublikasının mədəniyyət və abidələrin mühafizəsi naziri Mikheil Giorgadze, Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah N.A.Al-Madheed, Makedoniya Respublikasının mədəniyyət naziri Elizabeta Kancheska Milevska, Misir Ərəb Respublikasının mədəniyyət naziri Helmy Eltantawy, Efiopiya Federativ Demokratik Respublikasının mədəniyyət və turizm üzrə dövlət naziri Meaza Gebremedkin, İraq Respublikasının mədəniyyət, turizm və əntiq əşyalar naziri Fryad F.Hassan, Cənubi Sudan Respublikasının mədəniyyət, gənclər və idman naziri Nadia Mayom, Sudan Respublikasının mədəniyyət və informasiya naziri Al-Tayyib Hassan Badawi, Mavritaniya İslam Respublikasının mədəniyyət və sənətkarlıq naziri Hindou Mint Ainina, Monteneqro Respublikasının mədəniyyət naziri Janko Ljumovic, Seyşel Adaları Respublikasının Gənclər, idman və mədəniyyət naziri Idith Alexander, Tacikistan Respublikasının mədəniyyət naziri Orumbekzoda Shaiddin Shodibek, Keniya Respublikasının gənclər, mədəniyyət və incəsənət naziri Hassan Arero da iştirak edəcək.
Azərbaycan tərəfinin təklifi ilə forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.
Forum artıq 4-cü dəfədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi təşəbbüsü çərçivəsində təşkil olunur.