Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi insan alverinin qurbanı olan azərbaycanlı qadınların sayını açıqlayıb.
Unikal.org xəbər verir ki, idarənin yaydığı hesabata görə, yaşamaq icazəsi ilə insan alverinin qurbanı olan 35 min 930 qadın saxlanılıb.
Bunlardan 15 min 920 nəfəri İraq, 5 min 102 nəfəri Azərbaycan, 3 min 951 nəfəri isə Qazaxıstan vətəndaşı olduğu bildirilir. Qalanları isə müxtəlif ölkələrin vətəndaşlarıdır.