"Ölkəmizə qarşı istənilən təcavüzə qarşı sərt addımlar atacağıq".

İran Dağlıq Qarabağ tərəfindən ərazisinə təkrar açılan atəşə sərt cavab verəcək. ANS PRESS-in məlumatına görə, İran Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindən ərazisinə mərmi atan Ermənistana xəbərdarlıq edib. 

Ermənistanın ötən gün işğal altında olan Dağlıq Qarabağdan atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.

"Fars" xəbər agentliyinin məlumatına görə, İran rəsmiləri mərmilərin düşdüyü ərazilərdə təhlükəsizliyin bərpa edildiyini açıqlayıb. "Amma biz ölkəmizə qarşı istənilən təcavüzə qarşı sərt addımlar atacağıq". 
 
Ötən gün Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.

İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.

İranın  Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərində təhlükəsizlik tədbirləri də gücləndirilib.
 
Aprelin 2-nə keçən gecədən bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.


Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus tanklar, artilleriya qurğuları və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 15 hərbi qulluqçusu şəhid olub.

Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.