Bu gün faşizm üzərində qələbədən 72 il ötür. Müharibə zamanı xeyli azərbaycanlı sovet ordusunun tərkibində almanlara qarşı vurub. Onların əksəriyyəti döyüşlər zamanı göstərdikləri cəsarətə görə müxtəlif medal və ordenlərlə təltif olunublar. Bununla yanaşı, Sovet ordusunun tərkibində vuruşan xeyli sayda azərbaycanlı faşistlərə əsir düşüb, işgəncələrə məruz qalıblar.

Unikal.org azvision.az-a istinadən Malik Qurbanov 1923-cü ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. Böyük Vətən müharibəsi başalayan zaman Sovet ordusunun tərkibində cəbhəyə göndərilib. Bu zaman alman qoşunları M.Qurbanov da daxil olmaqla, 200 minə yaxın sovet döyüşçüsünü mühasirəyə aldıqdan sonra əsir götürüblər. Onlar dözülməz işgənclərə məruz qalıblar. Daha sonra M.Qurbanov amerikan, italyan və ingilislərin əsarətində olub. 1946-ci ildə əsirlikdən evə qayıdıb.

Partizan hərəkatının lideri, "Mixaylo" təxəllüsü ilə tanınan Mehdi Hüseynzadə ilə görüşüb. Həmçinin İkinci Dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşçısı olan Fətəli bəy Düdənginski ilə alman əsirliyində olarkən söhbət edib. İtaliyanın faşist lideri Benito Mussolininin edamına şahid olub. Əsirlikdən qayıtdıqdan sonra isə düşmənə işləməkdə şübhəli bilinərək, Sibirə sürgünə göndərilib. 6 il də sürgün həyatı yaşayıb.

Qeyd edək ki, Neftcalanın təkcə Xıllı kəndindən 196 nəfər azərbaycanlı Böyük vətən müharibəsinə iştirak edib, həlak olub və əsir götürülüblər.