Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

Unikal.org-un məlumatına görə, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı körpüsü və yanaşma yollarında görülən işləri əks etdirən stendə baxıblar.

"Azəravtoyol ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, dəniz dalğaları Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq üçün adanı sahillə birləşdirən yeni müasir körpü inşa edilib. Layihənin icrası nəticəsində gəmilərin körpünün altından sərbəst hərəkəti təmin olunub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

10:15

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

Unikal.org xəbər verir ki, "Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədov dövlətimizin başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verdi. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlətimizin başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Həmçinin dövlət başçısı Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verildi ki, uzunluğu 8 kilometr olan dördzolaqlı yolun yenidənqurmadan sonra eni 18 metrə çatdırılıb. Yenidən qurulan bu yol qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi və avtomobili idarə etdi.

Sonda xatirə şəkli çəkdirildi.