Gəncə şəhər Prokurorluğunda baş köməkçi vəzifəsində çalışan Anar Hakverdiyev vəzifəsindən azad edilib.
Unikal.org xəbər verir ki, Şəhər Prokurorluğundan "Report"a verilən məlumatına görə, Anar Hakverdiyev Baş Prokurorluğun Kadrlar İdarəsinə prokuror vəzifəsinə təyin olunub.
Gəncə şəhər prokurorunun baş köməkçisi vəzifəsinə isə əvvəllər prokurorun köməkçisi vəzifəsində çalışmış Hakverdi Mehrabov təyin olunub.