Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyatını itirən məşhur sənətçi İbrahim Erkalın həyat yoldaşı Filiz Akgünə başsağlığı verib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan məşhur sənətçinin vəfatı xəbərinə görə, müğənin həyat yoldaşı Filiz Akgünlə telefonla danışıb və başsağlığı verib.
Sənətçinin vəfatından üzüldüyünü ifadə edən Prezident Ərdoğan, mərhuma Allahdan rəhmət, geridə buraxdığı ailəsinə və sənət ictimaiyyətinə başsağlığı diləyib.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qatıldığı iftarda qalstuk yerinə yaxasına çəngəlli iynə taxan İbrahim Erkal, uzun müddət gündəmdən düşməmişdi.