Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekan təyin olunub.

Bu barədə Unikal.org-a məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova verib. O bildirib ki, Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu bu gün kollektivə dekan kimi təqdim olunub. Yeni dekanın 39 yaşı var.

Qeyd edək ki, bir müddətdir, fakültədə bu vəzifəni İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli icra edirdi və onun tezliklə dekanlığa təyin edilməsi gözlənilirdi.