Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Ərzaq və kənd təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi təşkilatın işinə və maarifçi siyasətinə böyük dəstək göstərir və FAO-nun mesajının bütün dünyaya çatdırılmasına yardım edir.
Unikal.org xəbər verir ki, Bunu Trend-ə müsahibəsində FAO-nun baş direktorunun müavini, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin deyib.
O deyib: "FAO-nun Heydər Əliyev Fondu və Ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Dialoq - IDEA ilə strateji əməkdaşlığı sayəsində biz Azərbaycanda və bütün dünyada daha çox iş görə bilərik. Biz buna görə minnətdarıq. Bir müddət əvvəl, IDEA ilə birgə işin nəticəsində biz Azərbaycanda 16 məktəb və uşaq bağçası yaratdıq. Birgə layihələr gələcəkdə də davam etdiriləcək.
V.Raxmanin qeyd edib ki, FAO-nun Azərbaycanla tərəfdaşlığı təşkilatın bütün dünyada uğurlu birgə fəaliyyət nümunəsidir: "FAO-nun Tərəfdaşlıq və əlaqələr üzrə bürosu və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi artıq FAO-Azərbaycan tərəfdaşlıq proqramını işə salıb və yaxın zamanlarda işlərin birinci mərhələsi başa çatacaq. Bu işlərin yekununda əməkdaşlıq proqramına aşağıdakı sahələr daxil ediləcək: toxum sektorunun inkişafının təmin edilməsi yolu ilə kənd təsərrüfatının dayanıqlı inkişafı, heyvandarlıq sahəsində idarəetmə və dayanıqlı istehsalat, arıçılıqda damazlıq işi. Bu proqramlar yaxın zamanlarda işə salınacaq.
V.Raxmanin deyib ki, təşkilatın Tərəfdaşlıq və əlaqələr üzrə bürosu Azərbaycan hökumətinin kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının təkrar emalı sektoru üzrə Strateji yol xəritəsinə müvafiq səylərini dəstəkləməkdə davam edəcək.
Onun sözlərinə görə, FAO-nun dəstəyi ölkəyə gələcəkdə kənd yerlərində yoxsulluğun səviyyəsinin azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, səmərəli istehlak və istehsal, təbii resursların dayanıqlı idarəsi üzrə dayanıqlı inkişaf məqsədlərinə çatmağa kömək edəcək: "Biz Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına davamlı inkişaf məqsədləri üzrə hesabatlılığın monitorinqində, icrasında və təmin olunmasında dəstək verməyə hazırıq.