Cəbhədə gərginlik davam edir. Ağır döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurub. Azadlıq Radiosunun Erməsistan bürosu Ağdərədəki xəstəxanadan görüntülər yayıb. Video kardlarda təcili yardım maşınlarının bir-birinin ardınca xəstəxanaya yaralı və meyit daşıdğı görünür.
Erməni rəsmiləri onlarla itki verdiklərini etiraf etməsələr də, kadrlarda meyitlərin hətta hərbi maşınlarla belə xəstəxanaya daşındığı, hərbçilərin simasındakı qorxu açıq-aşkar görünür.
Ötən gün Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri Azərbaycan tərəfinin zərbələri nəticəsində 20 nəfərin öldüyünü, 72 nəfərin yaralandığını, 26 nəfərin itkin düşdüyünü təsdiq ediblər.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində münaqişə zonasında 5 könüllünün öldüyünü də etiraf edib.
Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib.
Strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Ancaq aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib. Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.