Adətən, Qarabağdakı itkilərini gizlətməyə çalışan işğalçı Ermənistan bu dəfə Azərbaycan Müdafiə Nazirliyinin məlumatının bir hissəsini təsdiqləmək məcburiyyətində qalıb. Qarabağdakı separatçı rejimə istinad edən erməni mediası mayın 15-i saat 16.30-da Azərbaycanın idarəolunan raketi tərəfindən bir ədəd hərbi texnikasının hədəfə alındığını və sıradan çıxdığını təsdiqləyib.

Unikal.org xəbər verir ki, musavat.com-a bildirdiyinə görə, xəsisliklə açıqlanan məlumatda məhv edilən "hərbi texnika barədə müfəssəl xəbər verməyə lüzum bilməyən düşmən çox güman ki, Ermənistandakı etirazlardan çəkinərək canlı qüvvənin məhvini təsdiqləməyib.

Bununla bağlı "facebook" səhifəsində yazan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan da canlı qüvvə sarıdan itki vermədiklərini iddia edib. İşğalçı tərəf həyasızcasına baş verənlərə görə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirib.

"Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib-Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.