Elmi araşdırmalar sübut edir ki, düzgün olmayan qidalanma bir çox xəstəliklərin əsas səbəblərindən biridir. Sağlam və tam dəyərli qidalanma insanı xəstəliklərdən qoruyur, ömrünü uzadır. Bəzən biz bilmədən qidalanmamızda çox ciddi səhvlərə yol veririk.
Unikal.org həmin səhvləri diqqətinizə çatdırır:
1. Çox yemək. Müasir insanların həyat tərzi (avtomobil, məişət texnikası, ofis işi və s.) çox kalori sərf etməyə şərait yaratmır. Lakin buna baxmayaraq, insanlar onlara lazım olandan qat-qat çox kalori istehlak edir. Bu kalorilər sərf edilmir və artıq kilolara çevrilir. Mütəxəssislərin hesablamalarına görə, qadın üçün gün ərzində orta hesabla 1800, kişi üçün 2200 kalori kifayətdir.
2. Gündə 3 dəfə qidalanmaq. Artıq çoxdan sübut olunub ki, gündə 3 dəfə qida qəbul etmək düzgün deyil. Bu zaman insanın həzm sistemi həddindən artıq yüklənir ki, bu da müxtəlif pozulmaların inkişafına gətirib çıxardır.
Mütəxəssislər gündə 5 dəfə qida qəbul etməyi tövsiyə edir. Ancaq bu zaman porsiyalar böyük olmamalıdır.
3. Səhər yeməyindən imtina etmək. Bu, ən ciddi səhvlərdən biridir. Səhər yeməyindən imtina ürək-damar və maddələr mübadiləsi xəstəliklərinin (xüsusilə şəkərli diabetin) riskini artırır.
4. "Ağır" şam yeməyi. Bu, artıq çəkinin və piylənmənin əsas səbəbidir. Axşam vaxtı insan daha az hərəkət edir ki, orqanizm qida ilə alınmış artıq kaloriləri yandırmır və bu kalorilər artıq kilolara çevrilir.
5. "Atıştırmalık" (müxtəlif çipslər, peçenye, konfet, vafli, "suxari" və s.). Bunlar gizli, "boş" kalorilərdir. 2 konfetdə olan kalori 1 boşqab tərəvəz salatında olan kalori qədərdir. Lakin tərəvəz salatı həm faydalıdır, həm də doyumlu, konfet isə yox. Bir çox insanlar hiss etmədən gün ərzində yüzlərlə belə "boş" kaloriləri istehlak edir.saglamolun.az