"Bəzi qüvvələr var ki, Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışırlar. İki ölkə prezidentlərinin münasibəti normaldır.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
O bildirib ki, bu cür addımlar iki ölkə arasındakı münasibətlərə kölgə salır.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, ona görə də tərəfsizliyini nümayiş etdirməlidir: "Biz bunu görmürük. Ola bilməz ki, hansısa qeyri-hökumət təşkilatının sənədlərində problem olmasın. Bu, həll edilə bilən bir şeydir.