Qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Q.Şükürov "Ölkə.Az-a açıqlamasında deyib ki, cinayət işinin açılması və işdən qovulması barədə yazılan xəbərlər yalandır:
"Mənim haqqımda heç bir cinayət işi və sairə açılmayıb, işdən çıxarılmamışam. Bu cür xəbərlər yalandır. Mən işimin-gücümün başındayam. Kimlərsə ağıllarına gələn xəbərlər yayırlar. Mənim işim-gücüm yoxdur? İndi durub bu adamlara vaxt sərf etmək istəmirəm. Bizi şərləyən adam artıq məhkəməyə də verilib.
Xatırladaq ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel) tərəfindən "Bakılifttəmir İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin, "Bakı Liftin baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanılması barədə xəbərlər yayılıb.