Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə O.Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: "Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq".