Dünəndən etibarən Bakı metropolitenində ventilyasiya sistemi yay qrafikinə keçirilib.
Unikal.org xəbər verir ki, keçən ildən metropolitendə ventilyatorların iş rejimi ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir.
Tədbirlər planına uyğun olaraq stansiyalarda və tunellərdə orta temperatur, rütubət, havanın tərkibindəki tozluluq normalar çərçivəsinə gətirilib. Ötən ilin yay mövsümünün nəticələri də öyrənilərək yeniliklərin tətbiqi üzərində iş daha da dərinləşdirilib.
Yeni yay qrafiki ilə bağlı görülən işlər sırasında stansiyalarda təbii hava axınının intensivliyinə xüsusi diqqət ayrılıb. Təbii hava axını yenidən öyrənilib və uyğun ventilyasiya rejimi tətbiq edilib, bu da stansiyalarda mikroiqlim şəraitinin, o cümlədən ventilyasiya sisteminin daha da yaxşılaşdırılmasına xidmət edir. Metropolitendə münasib hava şəraitinin yaradılması, həm də stansiya və tunellərin təmizliyindən də asılıdır. Bunun üçün tunellərin yuyulma üsullarında dəyişikliklər edilib.