Mayın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.
Bakıda fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.