Azərbaycanda internetdən istifadə edən qadınların sayı kəskin artıb.

Unikal.org-un araşdırmasına görə, 2008-ci ildə internetdən istifadə edən qadınların sayı 12.6 faiz təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 71.2 faiz, 2015-ci ildə isə 72 faiz olub.

Qeyd edək ki, Azərbaycanda 2008-ci ildə internetdən istifadə edən kişilərin sayı 21.6 faiz, 2015-ci ildə 78 faiz təşkil edib.

Xəbərdəki rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatdan götürülüb.

Amid