Türkiyə polisi fahişəlik etmək üçün eskort xidməti göstərən 30 sayt qurucusunu təqib edib.
Unikal.org xəbər verir ki, Adana Təhlükəsizlik Müdirliyi, Əxlaq Büro Komandirliyi qruplarına edilən müraciət əsnasında internet mühitində müxtəlif adlar altında qurulmuş olan tanışlıq (eskort) saytlarını təqib edib. Texniki və fiziki təqib nəticəsində, məlum olub ki, Adana və Samsunda bu saytları orta məktəb şagirdi Özkan A. tərəfindən qurulub. Sayıtı isə qardaşı Azad A. və onun nigahsız yaşadığı arvadı Kader A., baldızı Gül Ö., Ögey anası M.A., qayınanası A.B.A. ilə qohumları A.Y., K.A., M.H-nin tərəfindən idarə olunduğu öyrənilib.
Adana və Samsunda saxlanılan şəxslər Türkiyə daxilində müxtəlif adlarda 30 eskord saytı qurduqları, burada 500-ə yaxın fahişəlik etmək istəyən qadının fotoşəkilləri və məlumatlarını paylaşdıqları təyin olunub. Polis bu saytlardan istifadə edən 12 nəfəri saxlayıb və bu şəbəkə vasitəsilə fahişəlik edən 31 qadının izahatını alıb.
İzahat verən qadınların bəziləri polisi belə təəccübləndirib:
"Çirkin olduğum üçün məni bəyənmirdilər...
FA adlı qadın kök və çirkin olduğu üçün bu sayt vasitəsilə kişi tapmaq məcburiyyətində qaldığını deyib: "Mən də bu səbəbdən axtarış etdim və tanışlıq saytının olduğunu öyrəndim. Bu saytın idarəçilərinə müraciət edərək elan vermək istədiyimi söylədim. Aylıq 2 min lira qarşılığında sayta elan verdim. Ancaq mən kök və çirkin olduğum üçün sayta gözəl bir qadının fotoşəkilini qoydum. Bu vəsiləylə məni axtaran kişilər oldu və onlarla birlikdə oldum. Ancaq əksər hallarda kimi məni görürdüsə bundan imtina edirdi. Daha sonra da mən bu işdən çox pul qazanıldığını öyrənərək fahişəliyi pulla etməyə başladım. Aylıq qazancım 7 min 500 lirə olurdu".
"Ərim məni aldatdı, məndə fahişəliklə intiqam aldım-¦
Sayta elan verərək fahişəlik edən bəzi qadınlar isə ərlərinin onları aldatdığını öyrəndiklərini, bunun üzərinə intiqam almaq üçün sayta elan verdiklərini deyiblər. İnternet saytına elan verərək fahişəlik edən qadınlardan KS-nin başına gələnləri belə ifadə edib: "Sayt idarəçiləri ilə görüşüb onlara şəkillərimi göndərdim. Daha sonra da bunu ərimə göstərdim. Bir müddət belə intiqam üçün fahişəlik etməyə davam etdim. Daha sonra isə çox pul qazandığım üçün buna öyrəşməyə başladım.
İzahatda bəzi qadınlar ərləri onları tərk etdiyi, bəziləri də valideyinlərinin olmadığı üçün bu sayta elan verərək fahişəlik etməyə başladığını söyləyiblər. Bəzi qadınlar da narkotik vasitələrdən asılı olduğu üçün əldə edilən pulla fahişəlik etdiyi məlum olub.
Məhkəmə gətirilən sayt adminlərindən 8-nə həbs verilib, 4-ü isə polis nəzarəti şərti ilə sərbəst buraxılıb.