"Kabel şəbəkəsi haqqında qanun layihəsinin parlament komitəsində müzakirəsi zamanı maraqlı anlar yaşanıb.
Belə ki, hər zaman sərt və ibrətamiz çıxışları ilə yadda qalan millət vəkili, professor Fəzail İbrahimli növbəti dəfə ciddi iradlarını dilə gətirib.
F. İbrahimli üzvü olduğu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin mayın 18-də keçirilən son iclasında ilk öncə kabel şəbəkəsi yayımçılarının xarici reklamlarla bağlı iradlarına öz narazılığını ifadə edib.
"Belə çıxır ki, onların hay-küyü elə öz mənafeləri üçündür. Çünki xarici reklamlar dayandırılarsa, onların maraqlarına, mənfəətlərinə "ciddi zərər dəymiş olacaq-¦Onlar bir az da özlərini, gəlirlərini deyil, dövlətin, millətin maraqlarını düşsünlər-¦Bilsinlər ki, həmin reklamlarda hansı zərərli cəhətlər var və ola bilər.
Millət vəkili eyni zamanda, telekanallardakı vəziyyətə toxunub.
"Təsəvvür edin: yaşlı bir professor öz nəvəsi ilə oturub televiziyaya baxır və bu zaman hansısa bir əhəmiyyətsiz, vecsiz bir şəxsin villasını, var-dövlətini, eyş-işrətini izləyir-¦İndi siz həmin bədbəxt, imkansız professorun vəziyyətini təsəvvür edin? Görün, o, hansı vəziyyətə düşür-¦Bu yaxınlarda isə telekanallardan birini lap ağını çıxardı-¦Əbləhlərdən (cinsi azlıqları nəzərdə tutur-red) birinə veriliş müəllifliyi hüququnu verdi-¦Sadəcə, biabırçılıqdır.
Komitə sədri, akademik Rafael Hüseynov da bu yerdə bir müddət öncə Avropa Şurası (AŞ) strukturlarında cinsi azlıqların hüquqları məsələsi ilə bağlı müzakirələrin aparıldığını xatırladıb:
"Həmin müzakirələrdə mən də iştirak edirdim, mən də orada çıxış etdim və dedim ki, onların da hüquqları qorunmalıdır. Eyni zamanda dedim ki, əslində bu gün azlıqda qalan onlar deyil, bizlərik, cinsi azlıqlara aid olmayanlardır. Onlara əslində cinsi azlıq yox, cinsi çoxlu demək lazımdır(gülür)-¦