Xəbər verdiyimiz kimi sabah İranda prezident seçkiləri keçiriləcək. Seçkilərə hazırkı İran prezidenti Həsən Ruhani də qatılıb. Bundan başqa keçmiş bədən tərbiyəsi naziri Mustafa Haşimi-Taba, İmam Rza Fondunun indiki sədri İbrahim Rəisi, keçmiş mədəniyyət və islami irşad naziri Mustafa Mirsəlim də namizədlər sırasındadır.

Unikal.org Ruhaninin prezidentliyi dövründə Azərbaycan- İran münasibətləri, hər iki ölkə prezidentlərinin səfərləri barədə kiçik araşdırma aparıb. 

Qeyd edək ki, Həsən Ruhani 2013-cü ilin 16 iyun tarixində 18 613 329 səslə (50.7) qalib gələrək İranın prezidenti seçilib.



H.Ruhaninin prezidentliyi dövründə İlham Əliyev İranda 3 dəfə rəsmi səfərdə olub.

İlk səfər 2014-cü ilin aprel ayının 9-da reallaşıb. Səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf və perspektivləri müzakirə mövzusu olub.

Həmin ilin noyabr ayının 12-də İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib.

تصاویر استقبال رسمی حسن روحانی ازالهام علی اف, عکس های  استقبال رسمی حسن روحانی ازالهام علی اف, عکس های الهام علی اف در ایران

2016-cı ilin fevral ayının 23-də İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub. İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim edilib.

تصاویر استقبال رسمی حسن روحانی ازالهام علی اف, عکس های  استقبال رسمی حسن روحانی ازالهام علی اف, عکس های الهام علی اف در ایران

Həmin ildə Həsən Ruhaninin də Azərbaycana rəsmi səfəri baş tutub.

Bundan başqa Azərbaycan və İran prezidentlərinin 2016-cı ilin aprelində İstanbulda keçirilən samitdə görüşləri olub. Görüş zamanı neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bütün bunlar ölkələrimiz arasında siyasi, təhlükəsizlik və digər sahələrdə əlaqələrin daha yüksək səviyyəyə çatmasına xidmət edəcək.

تصاویر استقبال رسمی حسن روحانی ازالهام علی اف, عکس های  استقبال رسمی حسن روحانی ازالهام علی اف, عکس های الهام علی اف در ایران

2017-ci ildə İlham Əliyevin Tehrana rəsmi səfəri zamanı iki ölkə arasında enerji, rabitə və bank sahələrində əməkdaşlıqla bağlı mühüm sənədlər imzalanıb.

Həsən Babayev