Biləsuvarda dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Təzəbəy Bəylər oğlu Rəsulov oğlu Rahib Rəsulov və gəlini Məleykə Rəsulova tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

****

18:04

Zəhmətabad bələdiyyəsinin sədri Nuriyev Dilavər hadisə ilə bağlı unikal.org-a danışıb. O vurğulayıb ki, hadisə 6 gün əvvəl baş verib. Mərhumun cənazəsi bir neçə saat əvvəl qəbrdən çıxarılaraq ekspertizaya aparılıb. Biz özümüzdə gözləyirik. Son məlumatıma görə, hadisəni törətməkdə günahlandırılan mərhumun oğlu Rahib Rəsulov evdən qaçıb. Hadisəni törətməkdə günahlandırılan gəlinin isə heç bir günahı olmadığı deyilir.
Hələlik gəlin və oğlu saxlamayıb.