Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.
Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər Gürcüstanın müdafiə naziri Levon İzorianın dəvəti ilə gerçəkləşib.
Səfər çərçivəsində müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.