Qaradağ Rayon Məhkəməsində polis həmkarı olan keçmiş qayınını qətlə yetirməkdə təqsirləndirilən Tural Qafarovun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əzrizəsinə baxılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, məhkəmə müraciəti təmin edib və o, azadlığa buraxılıb.
İttiham aktına əsasən, 2009-cu il dekabrın 1-də Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.
2010-cu ilin avqust ayının 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə T.Qafarov 12 il müddətinə azadlıqdan məhrum edilib.